
ABŞ-ın zərbələrindən sonra İran nüvə silahı yarada bilməz
ABŞ-ın İrana zərbələri nüvə silahı yaratmaq üçün lazım olan infrastrukturu məhv edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News telekanalına müsahibəsində bildirib.
"İran indi malik olduğu avadanlıqla nüvə silahı yaratmaq iqtidarında deyil, çünki biz onu məhv etmişik", - Vans deyib.
Onun sözlərinə görə, Tehran nüvə silahı yaratmağa yaxın idi.
"Məqsədimiz uranı basdırmaq idi və mən uranın basdırıldığını düşünürəm" dedi ABŞ vitse-prezidenti.
İyunun 22-nə keçən gecə ABŞ İrana zərbə endirib. ABŞ prezidenti Donald Tramp Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini açıqlayıb.
Əziz Mustafa
Digər xəbərlər