
İsrail İranla münaqişəyə son qoymaq istəyir
Amerikanın “Wall Street Journal” nəşri Vaşinqtonun ərəb rəsmiləri vasitəsilə Tehrana İsrailin münaqişəni dayandırmaq istəyi ilə bağlı mesaj göndərdiyini yazıb.
Qəzetin yazdığına görə, Təl-Əviv qarşıdurmaya “tez” son qoymağa çalışır. Onlar həmçinin İsrailin yaxın günlərdə nüvə obyektlərinə zərbələr endirməsini dayandıracağına işarə ediblər.
Nəşrin yazdığına görə, İran tərəfi öz növbəsində ABŞ-ın öz ərazisinə hücumuna cavab verməyə "məcbur olduğu" üçün geri çəkilmək niyyətində olmadığını bəyan edib.
WSJ yazır ki, Təl-Əviv ABŞ-ın zərbələrindən sonra danışıqların bərpasına ümid etdiyini bildirib. Eyni zamanda, İsrailin İranın hücumlarına cavab verməyə davam edəcəyi dəqiqləşdirilir.
Almaz Həsənli
Digər xəbərlər