Rusiya rəsmi olaraq Ukrayna dilini məktəb proqramından çıxarıb

Rusiya rəsmi olaraq Ukrayna dilini məktəb proqramından çıxarıb

13:20
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya Təhsil Nazirliyi federal məktəb təhsili proqramından Ukrayna dilini çıxarıb.

Bu barədə idarənin iyunun 22-də dərc edilmiş 200 səhifəlik yeni əmrində deyilir. Sənəddə ibtidai, əsas və orta təhsil pillələrinin kurikulumlarında dəyişikliklər öz əksini tapıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Kommersant” bazar günü, iyunun 22-də məlumat yayıb.

Sərəncama əsasən, Ukrayna dili daha heç bir təhsil pilləsində ana dili kimi tədris olunmayacaq - o, milli respublikalarda ana dilləri blokundan çıxarılıb. Sənədə verilən izahat qeydində bildirilir ki, bu cür düzəlişlər “dünyada dəyişən geosiyasi vəziyyət”lə diktə olunur.

Nazirlikdən verilən məlumata görə, 2023-2024-cü tədris ilində ukrayna dili əsasən Ukraynanın işğal olunmuş ərazilərində - Zaporojya və Xerson vilayətlərində tədris olunub. Həmçinin, valideynlərin sözlərinə görə, ilhaq edilmiş Krım, Donetsk və Luqansk vilayətlərində, eləcə də Başqırdıstan Respublikasında təhsil prosesində istifadə edilib.

Rusiya hakimiyyətinin əvvəllər dəfələrlə milli azlıqların hüquqlarının müdafiəsini bəyan etdiyini və onların ana dilini öyrənmək hüququna zəmanət verdiyini nəzərə alsaq, qərar geniş rezonans doğurub.

Almaz Həsənli