İran uranın zənginləşdirilməsini dayandırmayacaq

İran uranın zənginləşdirilməsini dayandırmayacaq

13:11
Bəyəndim (3) Bəyənmədim (0)


İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi Almaniyanın “ARD” telekanalına deyib ki, Tehran uranın zənginləşdirilməsi proqramını davam etdirəcək. Bu barədə bazar ertəsi İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
İran hökumətinin sözçüsü bazar günü yayımlanan müsahibəsində deyib: “Heç kim bizə nə etməli olduğumuzu və nəyi etməməli olduğumuzu deyə bilməz.
O əlavə edib ki, Tehran bu məqamda danışıqları davam etdirməyin mənasız olduğuna inanır. “Biz danışıqlar xatirinə danışıqlar aparmırıq,”-o deyib.
“Reuters” xəbər verir ki, hazırda Moskvada olan İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi günü deyib ki, “İran və Rusiya Yaxın Şərqdəki hazırkı eskalasiya ilə bağlı mövqelərini əlaqələndirirlər”.
İyunun 12-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası İran rəsmilərindən ölkənin nüvə elan etmədiyi ərazilərdə tapılan uran izlərinə aydınlıq gətirməyi xahiş edib.
Tehran nüvə proqramının sırf dinc məqsədli olduğunu israr edir, lakin o, uranı mülki məqsədlər üçün lazım olandan dəfələrlə yüksək səviyyəyə qədər zənginləşdirir. MAQATE-nin hesablamalarına görə, İran doqquz nüvə qurğusu yaratmaq üçün kifayət qədər uranı zənginləşdirib.
İyunun 13-də İsrail İrandakı hərbi və nüvə obyektlərini atəşə tutmağa başlayıb. Bir həftədən çox sonra, iyunun 22-də ABŞ İranın üç nüvə obyektini bombaladı.
Almaz Həsənli