SEPAH-ın ikinci pilotsuz təyyarə briqadasının yeni rəhbəri öldürüldü

SEPAH-ın ikinci pilotsuz təyyarə briqadasının yeni rəhbəri öldürüldü

10:34
Bəyəndim (3) Bəyənmədim (0)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Hava Qüvvələrinin ikinci pilotsuz təyyarə briqadasının komandiri Aminpur Cudaki İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi Telegram kanalı məlumat yayıb.

“Dünən (cümə) İsrail Hərbi Hava Qüvvələri SEPAH Hərbi-Hava Qüvvələrinin ikinci pilotsuz təyyarə briqadasının komandiri Aminpur Cudakini vuraraq öldürüb”, - məlumatda deyilir.

Bundan əvvəl bildirilmişdi ki, İsrailin zərbələri nəticəsində İranın bir sıra tanınmış hərbi rəhbərləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri və SEPAH komandiri Hüseyn Səlami həlak olub.

Almaz Həsənli