İsrail növbəti 72 saat ərzində Fordo nüvə obyektinə hücum edə bilər

İsrail növbəti 72 saat ərzində Fordo nüvə obyektinə hücum edə bilər

20 İyun 14:48
Bəyəndim (4) Bəyənmədim (0)


İyunun 20-də İran müxalifəti ilə əlaqəsi olan “İran İnternational” xəbər saytına İsrailin iki təhlükəsizlik mənbəsi bildiriblər ki, ABŞ İranın Fordo nüvə obyektini məhv edə bilməsə, “İsrail yaxın 72 saat ərzində ona təkbaşına hücum edə bilər”.
Mənbələr vurğulayıblar ki, ən çox ehtimal olunan ssenari yaxın 48-72 saat ərzində ABŞ ilə birgə fəaliyyət olaraq qalır. Hücum bu gün axşam saatlarında başlaya bilər.
Onlar bildiriblər ki, İsrail ABŞ-ın üstün silah imkanlarından istifadə edərək obyekti məhv edəcəyinə ümid edir. İsrail kəşfiyyat mənbələrindən biri deyib: “İranı güzəştə getməyə və onu danışıqlar masasına qaytarmağa məcbur etməyin yeganə yolu ABŞ-ın bunu etməsidir. Trampın yaxın iki-üç gündə bunu etməsi lazımdır."
Mənbələr əlavə edib ki, İsrail lazım gələrsə, əldə etdiyi hərbi üstünlükdən istifadə edərək təkbaşına hücum edə bilər. Bununla belə, İranın hava məkanının açıqlığı məhduddur və sonsuza qədər davam edə bilməz, ona görə də fürsəti əldən verməmək üçün tez tədbirlər görülməlidir.
Almaz Həsənli