Tramp İranın “yeni Liviyaya” çevriləcəyindən qorxur

Tramp İranın “yeni Liviyaya” çevriləcəyindən qorxur

14:12
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp dini lider Ayətullah Əli Xamenei hökumətinin devrilməsi halında İranın “yeni Liviyaya” çevriləcəyindən ehtiyat edir. Bu barədə “The New York Post” tabloidi ABŞ prezidentinin şəxsi söhbətləri ilə tanış olan bir neçə mənbəyə istinadən yazııb. Nəşrin mənbələrinə görə, Donald Trampın ABŞ-ın İsrail və İran arasında hərbi münaqişəyə girməsi ilə bağlı qərarını iki həftə gecikdirməsinə səbəb qorxular olub.

ABŞ administrasiyasına yaxın üç mənbənin bildirdiyinə görə, son günlərdə cənab Tramp Liviyanın 2011-ci ildə 10 il ərzində - ABŞ diktator Müəmmər Qəddafini devirmək üçün NATO-nun bombardmanlarına qoşulmasından sonra anarxiyaya düşdüyünü xatırladıb. Başqa bir mənbə deyib ki, cənab Tramp Əfqanıstan və İraqdan da bəhs edib. Beşinci mənbə bildirib ki, ABŞ prezidenti İsrail təyyarələrinin çatdıra bilmədiyi 30 min funtluq bunker bombalarından istifadə edərək, İranın Fordo və Natanzdakı nüvə obyektlərinə məhdud hava zərbələri endirmək əmri verməyə meyllidir.

Əziz Mustafa