
Norveç səfirinin Tel-Əvivdəki iqamətgahı yaxınlığında partlayış baş verib
Norveçin İsraildəki səfiri Per Egil Selvaaqın iqamətgahına qumbara atılıb. Ölən və yaralananlar olmayıb. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.
"Bir müddət əvvəl mən Norveçin İsraildəki səfiri Per Egil Selvaaqla danışdım, bu axşam onun həyətinə qumbara atılıb", - cənab Saar deyib.
Norveç Xarici İşlər Nazirliyi iqamətgahda partlayış baş verdiyini təsdiqləyib.
"Hadisə zamanı səfirliyin əməkdaşlarından heç biri xəsarət almayıb", - nazirliyin bəyanatında deyilir.
İsrail polisi partlayışın "kiçik maddi ziyana səbəb olduğunu" bildirib və hadisə ilə bağlı araşdırma başlayıb
İyunun 13-də İsrail İranın ən böyük nüvə və müdafiə obyektlərinə zərbələr endirərək “Şir kimi insanlar” əməliyyatına başlayıb. Elə həmin gün İran yəhudi dövlətinə pilotsuz təyyarələr və ballistik raketlərlə hücum edərək “Doğru vəd 3” əməliyyatına başlayıb. ABC News Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, ABŞ bir və ya iki gün ərzində münaqişəyə qoşula bilər.
Əziz Mustafa