Zelenski NATO-nun Haaqa sammitindən sonra Avropa liderləri ilə görüşəcək

Zelenski NATO-nun Haaqa sammitindən sonra Avropa liderləri ilə görüşəcək

08:28
Bəyəndim (3) Bəyənmədim (0)

NATO sammitindən sonra Haaqada Ukrayna prezidenti Vladimir Zelenski ilə NATO-nun baş katibi Mark Rutte və Avropa liderləri arasında görüş keçirilə bilər.

“RBC-Ukrayna” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Yozviak sosial şəbəkədə H -də yazıb.

Jurnalist xatırladıb ki, Haaqa sammitində Ukrayna-NATO Şurasının ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulmur.

“Gələn həftə NATO sammitində Ukrayna-NATO Şurasının rəsmi iclası keçirilməyəcəyi halda, NATO sammitindən dərhal sonra Haaqada Zelenski, Rutte və digər Avropa liderləri ilə görüş planlaşdırılır”, - Jozviak bildirib.

Xatırladaq ki, NATO-nun növbəti sammiti iyunun 24-25-də Haaqada (Hollandiya) keçiriləcək. Görüşə Ukrayna prezidenti Vladimir Zelenski də dəvət olunub. O, şəxsən bunu təsdiqləyib.

Əziz Mustafa, Oxuməni.az