Tramp İrana zərbə endirmək planını təsdiqləyib, lakin hələlik yekun əmri verməyib

Tramp İrana zərbə endirmək planını təsdiqləyib, lakin hələlik yekun əmri verməyib

19 İyun 13:47
Bəyəndim (2) Bəyənmədim (0)


“The Wall Street Journal” (WSJ) və “Bloomberg” mənbələrə istinadən bildirir ki, Donald Tramp İrana zərbə endirmək planını təsdiqləyib, lakin yekun əmri verməyib.
WSJ-nin mənbələrinə görə, Tramp yüksək səviyyəli köməkçilərinə hücum planlarını təsdiqlədiyini, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün hələlik bunu dayandırdığını bildirib. WSJ bildirir ki, Fordo uran zənginləşdirmə zavodu Amerikanın hücumu üçün mümkün hədəfdir.
“Bloomberg” yazır ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri “yaxın günlərdə” İrana zərbə endirmək ehtimalına hazırlaşırlar. Bəziləri bunun bu həftə sonu baş verə biləcəyini söyləyirlər - lakin bunun hələ də dəyişə biləcəyini qeyd edirlər. “Bloomberg” mənbələrindən biri deyir ki, bir neçə federal agentliyin rəhbərləri də İrana zərbə endirməyə hazırlaşırlar.
“Axios” mənbəsinə görə, Tramp ABŞ bunkerlərinin Fordo zavodunu məhv edə biləcəyi ilə maraqlanır və bu barədə hərbi müşavirlərindən soruşub. Onlar əmin olduqlarını söyləyiblər, lakin Trampın əmin olub-olmadığı bəlli deyil. “Axios” yazır ki, onun hələ də vurmaqda tərəddüd etməsinin bir səbəbi də budur. Mənbələr bildiriblər ki, prezident hücumun zəruri olduğuna, ABŞ-ı uzun sürən müharibəyə sürükləməyəcəyinə və İranın nüvə proqramını məhv etmək məqsədinə nail olacağına əmin olmaq istəyir.
Almaz Həsənli