Azərbaycan bir daha İsraili İranın Azərbaycan rayonlarına zərbə endirməməyə çağırır

Azərbaycan bir daha İsraili İranın Azərbaycan rayonlarına zərbə endirməməyə çağırır

19 İyun 11:47
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan bir daha İsrailə müraciət edərək, İranda əməliyyatlar apararkən, xüsusən azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə son dərəcə ehtiyatlı davranmaq və mümkünsə mülki hədəflərə hücumlardan çəkinmək istəyib.
Oxuməni.az -ın xəbərinə görə, bu barədə “APA” daxil olan məlumata istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, Ərdəbildə hərbi obyektlərə endirilən zərbələrdən sonra Azərbaycan tərəfi mülki əhalinin təhlükəsizliyindən daha çox narahat olub.
Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan artıq müxtəlif kanallar vasitəsilə İsrail rəhbərliyinə oxşar müraciətlər çatdıraraq, azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə zərbə endirməməyə, habelə mülki infrastrukturu dağıtmaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, İsrail və İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəf mülki əhali və mülki obyektlər arasında xeyli itki verib. İsrailin zərbələri İranın çoxlu sayda azərbaycanlının yaşadığı bölgələrə də təsir edir, yerli əhali arasında tələfat və sosial infrastrukturun dağılması təhlükəsi yaradır.

Oxuməni.az