
2026-cı ildə G7 sammiti Fransanın Evian-les-Bains şəhərində keçiriləcək
2026-cı ildə Yeddilik Qrupunun (G7) sammiti Fransanın Alp kurort şəhəri Evian-les-Bains şəhərində keçiriləcək. Bu barədə ölkə prezidenti Emmanuel Makron bildirib. Onun bəyanatını Reuters agentliyi yayıb.
Məlumata görə, Rusiya sammitə qoşulmaq üçün dəvət olunub. Bu, Rusiyanın Krımın ilhaqından sonra G7-dən çıxarıldığı 2014-cü ildən bəri ilk dəfədir.
Evian-les-Bains Cenevrə gölünün sahilində İsveçrə ilə həmsərhəddir. Şəhər daha əvvəl 2003-cü ildə G7 sammitinə ev sahibliyi edib. Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Aİ liderləri 2026-cı ilin yayında görüşəcək.
Əziz Mustafa
Digər xəbərlər