
Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz və neft idxalını tamamilə dayandırmaq planını təqdim edib
Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazı və neftinin idxalını mərhələli şəkildə dayandırmaq üçün qanunvericilik təklifini rəsmən təqdim edib.
Bu barədə RBC-Ukrayna Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Rusiya enerjidən silah kimi istifadə edərək, bizi dəfələrlə şantaj etməyə çalışıb. Biz aydın seçim etdik: bu axının qarşısını almaq və nəhayət, Avropada Rusiyanın qalıq yanacaqları dövrünə son qoymaq".
Təklif Rusiya mənşəli və ya birbaşa və ya dolayı yolla Rusiya Federasiyasının ərazisindən ixrac edilən boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur.
O, həmçinin 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq üçün cədvəl müəyyən edir.
Təklifə əsasən, 2026-cı il yanvarın 1-dən Rusiya qazının idxalı üçün yeni müqavilələrin bağlanması qadağan ediləcək.
Uzunmüddətli müqavilələr üzrə kontinental ölkələrə boru kəmərləri ilə tədarük olunan qaz istisna olmaqla, mövcud qısamüddətli müqavilələr üzrə idxala 2027-ci ilin sonuna qədər icazə veriləcək.
Həmçinin Rusiyadan olan müştərilər və ya onun nəzarətində olan şirkətlər üçün LNG terminallarından istifadəyə dair uzunmüddətli müqavilələr bağlamaq da qadağan ediləcək.
Əziz Mustafa , Oxuməni.az