
ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak edə bilər
Tehran danışıqlara qayıtmasa, Amerika Birləşmiş Ştatları İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak edə bilər. “Politico” yazır ki, bunu Almaniya kansleri Fridrix Merz bəyan edib.
"Hər şey İran rejiminin danışıqlar masası arxasına qayıtmağa hazır olub-olmamasından asılıdır. Əks təqdirdə, əlavə tədbirlər görülə bilər", - o vurğulayıb.
Yekun qərar hələ verilməyib, Merz əlavə edib.
Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etmişdi. Ağ Ev rəhbəri qeyd edib ki, İran probleminin həlli üçün Amerika ordusundan istifadə etmək istəməz, lakin Vaşinqtonun səbri tükənir. Bundan əlavə, ABŞ prezidenti İranın ali lideri Əli Xamneyinin yerini bildiyini, lakin Vaşinqtonun hələlik onu aradan götürmək fikrində olmadığını bildirib.
Əziz Mustafa, Oxuməni.az