
Rus əsgəri arvadının sevgilisini çöldə edam edib
Rusiyanın kontrolunda olan, Ukraynanın işğal olunmuş ərazisindəki qondarma “Donetsk Xalq Respublikası”nda əsgər arvadının sevgilisini tarlada edam edib. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, iyunun 10-da axşam saatlarında Makeyevkada 31 yaşlı əsgər Vadim arvadını sevgilisi ilə tutub. Onun 36 yaşlı Andrey olduğu ortaya çıxıb. Ər onu zorla hərbi UAZ-a mindirərək Yasinovka kəndinə aparıb. Onlar hadisə yerinə gələndə Vadim rəqibini maşından çıxararaq çöldə öldürüb.
Daha sonra yanmış avtomobilin yanında başından güllə yarası olan meyit tapılıb.
Almaz Həsənli
Digər xəbərlər