
Rusiya İran və İsrail arasındakı münaqişədə vasitəçilik edə bilməz
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin İsrail və İran arasında münaqişənin həllində vasitəçi kimi çıxış edəcəyi ilə bağlı fikirlərlə razılaşmayıb. Daha əvvəl bu fikri ABŞ prezidenti Donald Tramp səsləndirib.
Cənab Makron Qrenlandiyaya səfəri zamanı deyib: "Yüksək intensivlikli münaqişədə iştirak edən və bir neçə ildir ki, BMT Nizamnaməsinə hörmət etməyən Rusiyanın heç bir şəkildə vasitəçi ola biləcəyinə inanmıram".
Donald Tramp Vladimir Putinlə telefon danışığından sonra bildirib ki, Rusiya prezidenti İsrail və İran arasında münaqişədə vasitəçi kimi çıxış etməyə hazırdır. Cənab Tramp Vaşinqtonun müdaxiləsini istisna etməyib.
İsrail və İran arasında qarşılıqlı zərbələr iyunun 13-nə keçən gecə başlayıb. Daha sonra İsrail tərəfi “Şir kimi insanlar” əməliyyatına başlayıb. İlk hücumlar İranın nüvə obyektlərinə edilib. Tehran buna cavab olaraq yüzlərlə raket atıb, bundan sonra İsrail aviasiyası İran ərazisindəki hədəfləri vurmağa davam edib.
Əziz Mustafa