İran İsrailin Rafael Silah Zavoduna hücum edib

İran İsrailin Rafael Silah Zavoduna hücum edib

08:35
Bəyəndim (0) Bəyənmədim (0)


İranın “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin “Rafael” silah fabriki İran tərəfindən raket zərbəsi ilə vurulub.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti hücumun hədəfləri arasında Rafaelin olduğunu təsdiqləyib. İnqilab Keşikçiləri Korpusunun raketləri İsrailin Təl-Əviv və Hayfa şəhərlərini də vurub. Ben Qurion hava limanında da hücum olduğu bildirilir. Daha sonra İDF sözçüsü RİA Novosti-yə bildirib ki, hava limanı vurulmayıb.

Rafael müəssisəsi İsrailin raket əleyhinə müdafiə istehsalında mühüm yer tutur və Dəmir Günbəz sisteminin əsas podratçısıdır. Kompleksin yaradılmasında əsas məqsəd yaxın mənzilli ballistik raketləri və qanadlı raketləri məhv etmək, həmçinin PUA-lara hücum etməkdir.

Əziz Mustafa