
İran SEPAH komandirinin İsrailin hücumu nəticəsində öldüyünü bildirib
İranın dövlət xəbər agentliyi Tasnim xəbər verir ki, İsrailin hava hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və bu strukturun bir neçə yüksək rütbəli zabiti həlak olub. İran hakimiyyəti onların ölüm xəbərinə hələlik münasibət bildirməyib.
Mənbələrin məlumatına görə, ehtimal olunan qurbanlar arasında İranın aparıcı nüvə mütəxəssisləri də var: Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslam Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi.
İsrail iyunun 13-nə keçən gecə İrana qarşı əməliyyatı rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr digər şeylərlə yanaşı, Natanzdakı nüvə infrastruktur obyektlərinə və proqramla əlaqəli alimlərə də yönəlib.
Ynet portalı İsrail təhlükəsizlik xidmətindəki mənbəyə istinadən daha əvvəl yazıb ki, İranın hərbi rəhbərliyinin üzvləri, o cümlədən baş qərargah rəisi İsrailin zərbələri nəticəsində məhv edilə bilərdi.
Bundan əvvəl İsrail ordusu İrana qarşı əməliyyatın nə qədər davam edəcəyini bildirmişdi.
Əziz Mustafa