Fransa Renault-a Ukrayna üçün dron istehsal etməyi təklif edib

Fransa Renault-a Ukrayna üçün dron istehsal etməyi təklif edib

9 İyun 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Müdafiə Nazirliyi Ukrayna üçün pilotsuz təyyarələrin istehsalı təklifi ilə Renault şirkətinə müraciət edib. Bu barədə şirkətdən məlumat verilib.

"Müzakirə aparıldı, lakin indiki mərhələdə heç bir qərar verilməyib, çünki nazirlikdən bu layihə ilə bağlı əlavə təfərrüatları gözləyirik", - Renault Reuters-ə bildirib.

İyunun 6-da Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu Ukrayna Silahlı Qüvvələri üçün İHA istehsalına dair Fransanın böyük avtomobil istehsalçısı və müdafiə şirkəti ilə müqavilə imzaladığını açıqlayıb. Cənab Lecornu şirkətin adını dəqiqləşdirməyib.

Əziz Mustafa, Oxuməni.az