Zelenski Avstriyaya səfər edəcək: media tarixi öyrənir

Zelenski Avstriyaya səfər edəcək: media tarixi öyrənir

7 İyun 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Avstriyaya uçacaq. Onun səfəri çox güman ki, iyunun ortalarında baş tutacaq.

Bu barədə RBC-Ukrayna “Kronen Zeitung” nəşrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna dövlətinin başçısı iyunun 16-da Vyanaya gələcək.

Ukrayna dövlətinin başçısı federal prezident Aleksandr Van der Bellen və hökumət nümayəndələri ilə görüşəcək. Söhbət bütün tərəflərin nazirlərindən, o cümlədən Kiyevə gələn xarici işlər naziri Beate Meinl-Reisengerdən gedir.

Mediada bu cür söz-söhbətlər artıq Avstriyanın ifrat sağçı lideri Herbert Kiklin kəskin reaksiyasına səbəb olub. O ehtiyat edir ki, Zelenskinin səfəri “eskalasiya halında Avstriyanı potensial hədəfə çevirir”.

"Bu səfər bitərəfliyin pozulması və son illərin yalançı neytrallıq siyasəti zəncirinin daha bir həlqəsidir. Avstriya neytral dövlət kimi müharibənin tərəfi deyil, sülhməramlı və vasitəçi olmalıdır", - o iddia edir.

Xatırladaq ki, bundan əvvəl Avstriyanın Federal Müdafiə naziri Klaudiya Tanner ölkəsinin Ukraynada sülhməramlı missiyada iştirakına icazə vermişdi.

Əziz Mustafa, Oxuməni.az