Yaşar Güler Suriyada türk qoşunlarının mövcudluğunu və İsraillə münasibətləri şərh edib

Yaşar Güler Suriyada türk qoşunlarının mövcudluğunu və İsraillə münasibətləri şərh edib

4 İyun 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ankara terror təhdidləri tamamilə aradan qaldırılması, dövlət sərhədinin təhlükəsizliyi təmin olunması və qaçqınların təhlükəsiz şəraitdə öz evlərinə qayıtmasından sonra Suriyada hərbi mövcudluğu məsələsini yenidən nəzərdən keçirməyə hazır olacaq.

AZƏRTAC xəbər verir ki, bunu NATO ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

Xarici agentliklərdən birinə müsahibə verən Türkiyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu gün Ankara Dəməşqə həm məsləhət xarakterli məsələlərdə, həm də hərbi mütəxəssislərin hazırlanmasında iştirak edir.

Türkiyəli nazir Suriya ilə bağlı İsraillə texniki təmasların davam etdirilməsi məsələsindən də danışıb. O vurğulayıb: “Xüsusilə qeyd etmək istərdim ki, Türkiyə ilə İsrail arasında Suriyada toqquşmaların qarşısının alınması mexanizmi ikitərəfli münasibətlərin normallaşması demək deyil”.

Oxuməni.az