
Böyük Britaniyanın baş nazirinin evini yandırmaqda şübhəli bilinən dördüncü şəxs həbs edilib
Scotland Yard bu gün Britaniyanın baş naziri Ser Keir Starmerin evində yanğın törətməkdə günahlandırılan dördüncü şübhəli olan 48 yaşlı kişinin həbs edildiyini açıqlayıb. Rəsmi ittiham irəli sürülənə qədər kişinin adı və milliyyəti gizli saxlanılır və bu yaxın bir neçə gün ərzində baş verə bilər.
Həmin şəxs Londonun Stansted hava limanında həyatına təhlükə törətmək məqsədi ilə yanğın törətməkdə şübhəli bilinərək həbs edilib. Baş nazirə məxsus evdə yanğın mayın 12-də səhər saatlarında baş verib. Keir Starmer və ailəsi Downing Street-dəki rəsmi iqamətgahda yaşayır və onun Londonun şimal-qərbindəki dörd otaqlı evi müvəqqəti olaraq icarəyə verilir.
Polisin məlumatına görə, yanğın zamanı evin yalnız qapısı zədələnib. Polis hadisəni daha əvvəl baş vermiş daha iki insidentlə əlaqələndirib. Mayın 8-də Keir Starmerin keçən il qonşusuna satdığı avtomobil yanıb, mayın 11-də isə Londonun şimalında bir müddət ailəsi ilə birlikdə yaşadığı evin girişində yanğın baş verib.
May ayında polis daha üç şübhəlini - Ukrayna vətəndaşları Roman Lavrinoviç və Petro Poçinok və Rumıniya vətəndaşı Stanislav Karpyuku saxlayıb. Onlar cinayətkar sui-qəsd və yanğın törətməkdə ittiham olunublar.
Əziz Mustafa, Oxuməni.az