ABŞ amerikalıları “senzura” ilə məşğul olan xarici məmurlar üçün vizaları məhdudlaşdıracaq
Amerika Birləşmiş Ştatları amerikalıları "senzura" ilə məşğul olan xarici məmurlara viza verilməsini məhdudlaşdıracaq. Bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Tvitter hesabında məlumat verib.
Rubio yazır: "Çox uzun müddətdir ki, amerikalılar azad söz hüquqlarından istifadə etdiklərinə görə xarici hökumətlər tərəfindən cərimələnir, təqib edilir və hətta ittiham olunurlar. Amerikalıların hüquqlarını pozmağa çalışan əcnəbilər ölkəmizə səfər etmək imtiyazına malik olmamalıdırlar".
O, amerikalılara senzura tətbiq edən xarici rəsmilərə və şəxslərə şamil ediləcək yeni viza məhdudiyyəti siyasətini elan etdiyini bildirib.
"Azad söz Amerikanın həyat tərzinin ayrılmaz hissəsidir - bu, xarici hökumətlərin heç bir səlahiyyəti olmayan təbii hüquqdur", - dövlət katibi deyib.
Qeyd edək ki, ABŞ səfirlikləri və konsulluqlarına tələbə vizası üçün müraciət edənlər üçün yeni müsahibələrin dayandırılması barədə göstəriş verilib. Prezident administrasiyası abituriyentlər üzərində sosial media yoxlamalarını genişləndirmək istəyir.
Əziz Mustafa, Oxuməni.az







































































.jpg)
.jpg)
.jpg)









