Çinin BYD şirkəti Avropada ilk dəfə Teslanı geridə qoyub
BYD ilk dəfə olaraq Avropada elektrikli avtomobil satışında Amerikanın Tesla şirkətini geridə qoydu. Oxuməni.az “CarNewsChina”-ya istinadən xəbər verir ki, aprel ayında BYD 7231, Tesla isə 7165 avtomobil satıb.
Analitiklər hesab edirlər ki, bu, Avropa avtomobil bazarı üçün əlamətdar hadisədir. Tesla uzun müddət yaşıl seqmentdə liderdir, lakin yalnız 2022-ci ilin sonunda əksər Avropa bazarlarına daxil olan BYD indi liderlik edir.
Avropada elektromobillərə tələbat artmaqda davam edir. Bu ilin aprel ayında qeydiyyata alınan elektromobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. Mövcud qadağanedici rüsumlara baxmayaraq, əsas artım Çin brendləri tərəfindən təmin edilir.
Almaz Həsənli
Digər xəbərlər







































































.jpg)
.jpg)
.jpg)









