Putinin sonu Hitler kimi olacaq

Putinin sonu Hitler kimi olacaq

26 May 08:35
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti və təhlükəsizlik üzrə ekspert Devid H.Karstens Rusiya prezidenti Vladimir Putinin son nəticədə onun süqutuna səbəb ola biləcək dörd gözə çarpan zəif tərəfə malik olduğunu bildirib, The Sun xəbər verir.

O bildirib ki, zəif cəhətləri onu Adolf Hitler kimi aqibətlə üzləşdirə bilər. O əlavə edib ki, tiranın “Axilles dabanı” Rusiyanı müharibə başlayandan bəri bu il ən böyük itkisinə yol açır. O, əmindir ki, 2025-ci il çox güman ki, Putin üçün ən ölümcül müharibə ili olacaq.

Karstens hesab edir ki, Putin böyük itkilərə baxmayaraq müharibəni davam etdirir, çünki o, sülh sazişi bağlamaq üçün “real təzyiq hiss etmir”.

"Rusiya danışıqları güc mövqeyindən apardığına inanır. Bu da qəribədir, çünki son dörd ayda Rusiya heyrətamiz itkilər verib. Böyük Britaniya Müdafiə Nazirliyi 2025-ci ilin ilk dörd ayında Rusiya tərəfində 160 min itki verib", - ekspert qeyd edib.

Əziz Mustafa. Oxuməni.az