Hollandiya Ukraynaya F-16 döyüş təyyarələrini göndərəcəyinə söz verib

Hollandiya Ukraynaya F-16 döyüş təyyarələrini göndərəcəyinə söz verib

26 May 07:58
Bəyəndim (4) Bəyənmədim (0)

Hollandiya gələn həftə Ukraynaya F-16 döyüş təyyarələrinin çatdırılmasını başa çatdıracaq. Son vəd edilən təyyarə mayın 26-da təhvil veriləcək.Bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib.

"Bu o deməkdir ki, vəd edilmiş 24 F-16-ların hamısı tezliklə Ukraynada olacaq", - Müdafiə Nazirliyinin rəhbəri WNL Op Zondag televiziya proqramında bildirib. Cənab Brekelmans Rusiyaya təzyiqlərin artırılmasını və Ukraynaya dəstəyin davam etdirilməsinə çağırıb.

Nazir vurğulayıb ki, Hollandiya Kiyevi silahla təmin etməklə yanaşı, ukraynalı pilotları da hazırlayır. Onun sözlərinə görə, bu, Ukraynaya NATO ölkələri ilə bərabər silahlı qüvvələr yaratmağa imkan verəcək.

Əziz Mustafa, Oxuməni.az