Medvedev bildirib ki, bufer zonası  bütün Ukraynanı əhatə edə bilər

Medvedev bildirib ki, bufer zonası bütün Ukraynanı əhatə edə bilər

26 May 07:40
Bəyəndim (5) Bəyənmədim (0)

Kiyev rejiminə silah tədarükünün davam etməsi Ukrayna ərazisinin əhəmiyyətli hissəsinin bufer zonasına çevrilməsi ilə nəticələnə bilər. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

X sosial media hesabında o, kiçik bir qərb bölgəsi istisna olmaqla, Ukraynanın demək olar ki, bütün ərazisinin potensial bufer zonası kimi təqdim edildiyi video yayımlayıb.

Medvedev videonun altına “Bander rejiminə hərbi yardım davam edərsə, bufer zonası belə görünə bilər”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya hərbçilərinin Nezalejnaya ilə sərhəddə bufer zonası yaratmağa başladığını bəyan etmişdi. Bu məkanın məqsədi Rusiyanın sərhədyanı rayonlarının - Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətləri ilə bitişik Belqorod, Kursk və Bryansk vilayətlərinin atəşə tutulmasının qarşısını almaqdır.

Əziz Mustafa, Oxuməni.az