Tramp Harvarda yeni əcnəbi tələbələri qəbul etməyi qadağan edib

Tramp Harvarda yeni əcnəbi tələbələri qəbul etməyi qadağan edib

10:07
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə əcnəbi tələbələrin qəbulunu qadağan edib. “The New York Times” qəzetinin yazdığına görə, rəhbərlik Daxili Təhlükəsizlik Departamentinin məktəbin əcnəbi tələbələrinin “qeyri-qanuni və zorakı hərəkətlər” haqqında hesabat tələbinin qanuniliyi ilə bağlı bir neçə gün davam edən müzakirələrdən sonra qərarını universiteti xəbərdar edib.
Nazirlik aprelin ortalarında əcnəbi tələbələrin qəbulunun qadağan edilməsi ilə bağlı müvafiq tələb və hədələri dərc edib. “2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra, vizaları olan xarici iğtişaşçılar və Harvard müəllimləri antisemitizm yaydılar... 53,2 milyard dollarlıq ianə ilə Harvard öz xaosunu maliyyələşdirə bilər... Harvard hesabat tələblərinə tam uyğunluğunu nümayiş etdirə bilməsə, universitet beynəlxalq tələbələri qəbul etmək imtiyazını itirəcək” - deyə nazirliyin açıqlamasında bildirilir.
Bu il Harvard təxminən 6800 xarici tələbə qəbul edib ki, bu da universitetin ümumi qəbulunun təxminən 27 faizini təşkil edir.
Hazırkı tədbir administrasiyanın Harvarda qarşı ilk addımı deyildır. Bundan əvvəl ABŞ Təhsil Departamenti qurumu 2,2 milyard dollar dövlət maliyyəsindən və 60 milyon dollarlıq müqavilələrdən məhrum edib. Departament həmçinin 2.7 milyon dollar dəyərində iki qrantı ləğv etdi və universitetdə Fələstin tərəfdarı etirazları qadağan edənə və onun inklüzivlik proqramlarını məhdudlaşdırana qədər hökumətdən heç bir yeni qrant almayacağı barədə xəbərdar etdi.

Almaz Həsənli