Estoniya FSB ilə əməkdaşlıq etdiyi üçün Ukrayna vətəndaşını deportasiya edib

Estoniya FSB ilə əməkdaşlıq etdiyi üçün Ukrayna vətəndaşını deportasiya edib

23 May 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniya Ukrayna vətəndaşı Stanislav Matlakı ölkədən çıxararaq Ukrayna hakimiyyətinə təhvil verib. O, Rusiya FSB ilə əlaqə saxlayırdı. Bu barədə ERR xəbər verir.

Estoniya Təhlükəsizlik Polisinin (KAPO) təklifi ilə Polis və Sərhəd Mühafizə Şurası milli təhlükəsizlik səbəbi ilə Matlakın yaşayış icazəsini ləğv edib. O, 2019-cu ildən ölkədə yaşayırdı.

KAPO müəyyən edib ki, ukraynalı Rusiya xüsusi xidmət orqanları FSB ilə əlaqə saxlayıb və öz hərəkətləri ilə Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib. Polis və Sərhəd Mühafizə İdarəsi Matlakı Estoniya ərazisindən çıxarıb və sonrakı tədbirlər üçün Ukrayna hakimiyyətinə təhvil verib.

KAPO-nun mətbuat katibi Marta Tuul qeyd edib ki, “Estoniyada yaşayan və qalan bütün xarici vətəndaşlar, eləcə də Estoniya vətəndaşları xarici kəşfiyyat xidmətləri ilə əlaqələr barədə Təhlükəsizlik Polisinə məlumat verməlidirlər”.

O, düşmən kəşfiyyat xidmətlərinin təsiri altına düşənləri [email protected] ünvanında Təhlükəsizlik Polisi ilə əlaqə saxlamağa çağırıb.

Əziz Mustafa , Oxuməni.az