
Putin yenidən Ukrayna ilə sərhəddə “bufer zona”nın yaradılmasına göstəriş verib
Rusiya qoşunları Ukrayna ilə sərhəddə “təhlükəsizlik bufer zonası” adlanan ərazinin yaradılması planını həyata keçirməyə başlayıb. Bunu Rusiya diktatoru Vladimir Putin deyib.
“Rusiya və Ukrayna sərhədində təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib”, - Rusiya diktatoru bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının silahlı qüvvələri artıq bu tapşırığı yerinə yetirməyə başlayıb.
Qeyd edək ki, bu, Putinin Ukraynada belə zonanın yaradılması ilə bağlı ilk bəyanatı deyil. Hələ keçən il diktator Ukrayna ilə sərhəddə eni 150 km-ə qədər olan bufer zonası yaratmaqla hədələmişdi. Düzdür, o vaxt buna “sanitariya” deyirdi. Eyni zamanda, Putin qarşı tərəfin qoşunlarının olmayacağı qondarma demilitarizasiya zonası yaratmaq istədiyini vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az