
Ukraynada müharibənin tezliklə bitəcəyinə dair heç bir əlamət yoxdur
Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə bitəcəyinə dair heç bir əlamət yoxdur. Papanın sülh danışıqlarında vasitəçilik təklifi “son vasitəçilik cəhdidir. Bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Hələlik bu müharibənin tez bitəcəyinə dair heç bir əlamət yoxdur. Onlar diplomatiya yolu ilə mümkün olan hər şeyə nail olmağa çalışırlar. Papanın vasitəçilik təklifi yer üzündəki son səlahiyyətdir", - Merz deyib.
Onun fikrincə, yalnız ümid etmək olar ki, heç olmasa Vatikanda münaqişə tərəflərini konstruktiv dialoq üçün bir araya gətirmək mümkün olacaq.
Kansler qeyd edib ki, onun üçün Almaniyanın “aktiv, dəstəkləyici, güclü” rol oynaması vacibdir.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub.
Bu yaxınlarda prezident Vladimir Zelenski bəyan edib ki, Ukrayna artıq tərəfdaşları ilə danışıqların yeni raundunun keçirilməsi imkanını müzakirə edir.
Əziz Mustafa, Oxuməni.az