
Belçika atəşkəsdən sonra Ukraynaya qoşun göndərmək üçün “istəklilər koalisiyasına” qoşulacaq
Belçikanın müdafiə naziri Teo Franken İngiltərə və Fransa ilə birlikdə “istəklilər koalisiyasında” iştirak etmək imkanını açıqlayıb. Bu barədə Franken Brüsseldə bildirib.
Belçika atəşkəs əldə edildikdən dərhal sonra qoşunlarını Ukraynaya göndərməyə hazırdır.
"Biz Böyük Britaniya və Fransa ilə birlikdə "istəklilər koalisiyasının" bir hissəsi olaraq atəşkəs əldə edildikdən dərhal sonra Ukrayna ərazisində fəaliyyətə başlamağa hazırıq", - Franken Aİ xarici işlər və müdafiə nazirlərinin Brüsseldə görüşü başlamazdan əvvəl qeyd edib.
Söhbət hərbi əməliyyatların aktiv fazasından sonra vəziyyəti sabitləşdirmək məqsədi daşıyan potensial dinc yerləşdirmədən gedir.
Eyni zamanda, nazir hərbi mövcudluğun hansı konkret formatlarının müzakirə oluna biləcəyini açıqlamayıb.
Əziz Mustafa. Oxuməni.az