
Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub
ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” keçmiş Amerika liderinin mətbuat katibinə istinadən yazır.
Onların məlumatına görə, Baydendə aşkarlanan xərçəng sümüklərə metastaz olan aqressiv formadır.
Sabiq prezident və ailəsi həkimlərlə müalicə variantlarını nəzərdən keçirir.
“CNN”-in məlumatına görə, Bayden həftə sonu Delaver ştatının Uilmington şəhərindəki evində olub.
Bir neçə gün əvvəl Baydenin nümayəndəsi keçmiş ABŞ prezidentinin ortaya çıxan şikayətlərlə bağlı tibbi müayinədən keçdiyini bildirmişdi.
ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan sələfi Co Baydenə tezliklə sağalmasını arzulayıb.
“TASS” xəbər verir ki, o, müvafiq nəşri bazar günü “Truth Social” şəbəkəsində yerləşdirib.
Almaz Həsənli