
Rusiya Estoniyanın Sillamae limanından Rotterdama gedən “Green Admire” tankerini saxlayıb
Rusiya Estoniyanın Sillamae limanından Rotterdama gedən “Green Admire” tankerini saxlayıb. Şist neftini daşıyan tanker Liberiya bayrağı altındadır və Yunanıstanın Aegean Shipping şirkətinə məxsusdur. Estoniya Milli Yayım (ERR) portalının məlumatına görə, “Green Admire” hazırda Rusiyanın Qoqland adasında lövbər salıb.
Estoniya Nəqliyyat Departamenti bundan sonra Sillamaeyə daxil olan və çıxan gəmilərin Rusiyanın ərazi sularına girməyəcəyini açıqlayıb.
Hələlik Rusiya tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Mayın 15-də Estoniya Hərbi Dəniz Qüvvələri Rusiyanın Primorsk limanına gedən “Yaquar” tankerini saxlamağa cəhd edib. Əməliyyata bir neçə qayıq və helikopter cəlb edilib və Rusiya Aerokosmik Qüvvələri hadisə yerinə Su-35 qırıcısını göndərmək məcburiyyətində qalıb. Nəticədə tanker sağ-salamat Rusiya limanına çatıb.
Əziz Mustafa, Oxuməni.az