
İsrail ordusu Yəməndəki limanlara zərbələr endirib
İsrail ordusu Yəmənin qərbində husilərin hərbi infrastrukturunun məhv edildiyini açıqlayıb. İsrail ordusunun məlumatına görə, hücuma məruz qalan hədəflər Hodeyda və Salif limanlarında olub. Yəmənin El-Masirah televiziya kanalı da limanlara edilən hücumlar barədə məlumat yayıb.
"Bu limanlar silahların daşınması üçün istifadə olunur və husi terrorçu rejiminin terror fəaliyyətini inkişaf etdirmək üçün mülki infrastrukturdan sistemli və rüsvayçı şəkildə istifadəsinin daha bir nümunəsidir", - deyə İDF-nin press-relizində deyilir.
İsrail ordusu yerli sakinləri planlaşdırılan hücumla bağlı xəbərdar edib və onları təxliyyə etməyə çağırıb. Ordu onların ərazisində “düşmənçilik fəaliyyəti” aşkar edilərsə, limanlara hücumu davam etdirəcəyi barədə xəbərdarlıq edib.
Əziz Mustafa, Oxuməni.az