ABŞ-ın sanksiyaları Putinin həbsinə order verən BCM-nin işini çətinləşdirir

ABŞ-ın sanksiyaları Putinin həbsinə order verən BCM-nin işini çətinləşdirir

16 May 10:37
Bəyəndim (6) Bəyənmədim (0)

Beynəlxalq Cinayət Məhkəməsinin öz işini görmək getdikcə çətinləşir. Buna səbəb Amerikanın sanksiyalarıdır.

Bu barədə Associated Press xəbər verir.

Nəşrin yazdığına görə, ABŞ-ın sanksiyaları fonunda Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan “Microsoft”un müvafiq qərarı ilə elektron poçtuna girişi itirib və onun bank hesabları dondurulub. Eyni zamanda Amerika ICC əməkdaşlarına məlumat verilib ki, ABŞ-a səfər etsələr, onları həbs gözləyir.

Bəzi QHT-lər məhkəmə ilə əməkdaşlığı dayandırıb və onlardan birinin rəhbərləri məhkəmə işçilərinin elektron məktublarına belə cavab vermirlər.

Altı yüksək vəzifəli məmur sanksiyalarla bağlı narahatlıqlarına görə məhkəməni tərk edib.

Məhkəmənin çətin vəziyyətə düşməsinin səbəblərindən biri onun daha çox podratçılara və qeyri-hökumət təşkilatlarına arxalanmasıdır. Hazırkı və keçmiş ICC rəsmilərinin dediyinə görə, bu şirkətlər və qruplar ABŞ hakimiyyət orqanlarının hədəfinə çevrilməkdən qorxduqları üçün məhkəmə adından işlərini azaldıblar.

Adı açıqlanmayan bir ICC rəsmisi artıq məhkəmənin növbəti dörd il ərzində yaşayıb-yaşamayacağı ilə maraqlanır.

Əziz Mustafa, Oxuməni.az