Avropa Şurası Ukrayna üzrə xüsusi tribunalın yaradılmasına başlayıb

Avropa Şurası Ukrayna üzrə xüsusi tribunalın yaradılmasına başlayıb

15 May 13:03
Bəyəndim (4) Bəyənmədim (0)

Avropa Şurası Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi tribunalın yaradılması prosesinə başlayıb.

Beynəlxalq təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qərar çərşənbə günü, mayın 14-də Avropa Şurasının iclasında qəbul edilib.

“Deutsche Welle”-nin məlumatına görə, tribunalın yaradılması ilə bağlı rəsmi prosedurlar 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində tamamlana bilər.

Tribunalın yaradılması prosesi Avropa Şurasının baş katibi Alen Berseyə həvalə edilib.

Tribunalın Rusiyanın ali rəhbərliyini araşdıracağı gözlənilir.

Bundan əvvəl məlum olub ki, 40-a qədər ölkə, Avropa Komissiyası, Aİ Xarici Əlaqələr Xidməti və Avropa Şurasının daxil olduğu xüsusi tribunalın yaradılması üzrə Əsas Qrup bu beynəlxalq məhkəmənin yaradılması üzrə texniki layihə üzərində işləri başa çatdırıb.

Almaz Həsənli