Lavrov mayın 15-də Türkiyədə keçiriləcək danışıqlarda Rusiyanı təmsil etməyəcək

Lavrov mayın 15-də Türkiyədə keçiriləcək danışıqlarda Rusiyanı təmsil etməyəcək

08:17
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna danışıqlarda Putinin şəxsi iştirakında təkid edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etməyəcək. Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Xatırladaq ki, “The Washington Post” Kremldəki keçmiş yüksək vəzifəli mənbəyə istinadən Lavrovun danışıqlarda mümkün iştirakı barədə yazıb. Onun yanında Rusiyanı Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun təmsil edəcəyi bildirilib.

Həmçinin bildirilir ki, bir müddət əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Putinin mayın 15-nə planlaşdırılan işgüzar görüşləri olduğunu bildirsə də, onların dəqiq harada keçiriləcəyi sualına cavab verməkdən yayınıb.

Əziz Mustafa, Oxuməni.az