
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanı hava məkanını pozmaqda ittiham edib
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkənin hava məkanının pozulması ilə bağlı nota təqdim edilib. Tallinin məlumatına görə, mayın 14-də Rusiya təyyarəsi Juminda yarımadasının şimalında Finlandiya körfəzi üzərində uçub.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna X sosial şəbəkəsində yazıb: "Estoniya baxımından bu, çox ciddi və təəssüf doğuran hadisədir və heç bir halda qəbuledilməzdir".
Rusiya tərəfi bu ittihamları şərh etməyib.
Martın 20-də Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Yana Vanamelder Tallinndə sovet əsgərlərinin məzar daşlarının təhqir olunması ilə bağlı insidentlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Moskva Estoniya hakimiyyətindən araşdırma aparmağı tələb edib.
Əziz Mustafa, Oxuməni.az