Bu il nə qədər azərbaycanlı Green Card qazandı?

Bu il nə qədər azərbaycanlı Green Card qazandı?

12:29
Bəyəndim (4) Bəyənmədim (0)


Bu il 1730 azərbaycanlı Green Card qazanıb.
Oxuməni.az -ın xəbərinə görə, müvafiq nəticələr lotereyanın rəsmi “usgreencardoffice.com” saytında dərc olunub.
Kentukki ştatının Uilyamsburq şəhərindəki Kentukki Konsulluq Mərkəzi DV-2025 Müxtəliflik Viza Proqramının qaliblərini qeydiyyatdan keçirib və onlara məlumat verib.
Lotereya proqramı İmmiqrasiya və Vətəndaşlıq Qanununun 203(c) Bölməsinə uyğun olaraq idarə olunur və ABŞ-a immiqrasiya nisbəti aşağı olan ölkələrdən olan şəxslərə hər il 55.000-ə qədər daimi yaşayış vizasını təqdim edir.
Bu il təqribən 131,060 ərizəçi qeydiyyatdan keçib və məlumatlandırılıb, indi immiqrasiya vizası üçün müraciət etmək hüququna malikdir.
Məlumata görə, 2025-ci ildə Green Card (Yaşıl Kart) lotereyasında qaliblərin sayına görə liderlər Özbəkistan vətəndaşları olub - onlar 5564 kart udublar. Bu, bütün ölkələr arasında rekord göstəricidir.
İkinci yerdə Əlcəzair (5,526), ​​üçüncü yerdə isə Rusiya (5,519) qərarlaşıb. “Green Card” qazananların ümumi sayı 55 min nəfər olub və onların hər onda biri Özbəkistandan olub.
Green Card -2025-i aşağıdakı ölkələrin vətəndaşları da qazanıb:
İran - 5 267;
Qırğızıstan - 3095;
Tacikistan - 2982;
Ermənistan - 2971;
Qazaxıstan - 2004;
Gürcüstan - 1342.
Ən az qalib Milad adasında (Hind okeanındakı kiçik ada, Avstraliyanın özünüidarə etməyən xarici ərazisi), Maldiv adaları, Lixtenşteyn, Sent-Martin, Sint -Marten, Monako və Belizdə olub.
Bu ölkələrin hər birində bir nəfər Yaşıl Kart qazanıb.
Elə ölkələr də var ki, orada heç kim “Green Card” ala bilməyib. Bunlar Venesuela, Bruney, Vatikan, Marşal adaları və Norfolk adalarıdır.
Almaz Həsənli