
Netanyahu Qəzzada hərbi əməliyyatın başa çatacağını elan edib
Yaxın günlərdə İsrail ordusu hərbi əməliyyatı başa çatdırmaq üçün “bütün qüvvələri ilə” Qəzza zolağına daxil olacaq. Bu, HƏMAS-ın məhvi demək olacaq. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu mayın 12-də yaralı İsrail ordusunun ehtiyat qüvvələri ilə görüşündə deyib ki, İsrail girovları azad etmək üçün qısamüddətli atəşkəsə razı ola bilər, lakin HƏMAS məğlub olana qədər heç bir halda müharibəyə son qoymayacaq.
"Vəziyyət dəyişdi. Qarşıdakı günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün qüvvələrimizlə Qəzzaya girəcəyik. Əməliyyatı başa çatdırmaq HƏMAS-ı fəth etmək deməkdir. Bu, HƏMAS-ı məhv etmək deməkdir. Həmas-ı məhv etmək və bütün girovlarımızı azad etmək bir-birindən ayrılmaz şəkildə bağlıdır. Biz bunu belə edirik", - baş nazir qeyd edib.
Əziz Mustafa, Oxuməni.az