Rusiya İstanbula nümayəndə heyəti göndərəcək

Rusiya İstanbula nümayəndə heyəti göndərəcək

10:37
Bəyəndim (7) Bəyənmədim (0)

Kreml müharibənin dayandırılması ilə bağlı danışıqlar üçün Türkiyədə Ukrayna tərəfini gözləyəcəyini bildirib. Rusiya nümayəndələri danışıqlar aparmaq üçün Ukraynanın 15 may 2025-ci ildə Türkiyədə olacaqlar.

Bu sözləri Rusiya diktatoru Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” təbliğat telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.

"Bizim nümayəndə heyətimiz orada olacaq və Ukrayna tərəfini gözləyəcək”, - Peskov bildirib. Lakin o, Rusiya liderinin bu səfərə gedəcəyini təsdiqləməyib. Danışıqlara gedəcək Rusiya nümayəndə heyətinin tərkibi də hələlik açıqlanmayıb.

Eyni zamanda, adının açıqlanmasını istəməyən yüksək rütbəli keçmiş Kreml rəsmisi “Washington Post”a İstanbulda keçiriləcək danışıqlarda Rusiyanı xarici işlər naziri Sergey Lavrov və Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov tərəfindən təmsil olunacağını bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda Rusiya diktatoru Putini gözləyəcəyini vurğulayıb:

"Rusiyada hər şeyi təyin edən Putindir, müharibə məsələlərini o həll etməlidir. Bu, onun müharibəsidir. Ona görə də danışıqlar onunla olmalıdır", - o deyib.

Əziz Mustafa, Oxuməni.az