Liviya ordusu Tripolidə əməliyyatın başa çatdığını elan edib

Liviya ordusu Tripolidə əməliyyatın başa çatdığını elan edib

13 May 12:13
Bəyəndim (7) Bəyənmədim (0)


Liviyanın paytaxtı Tripolidə hərbi əməliyyat uğurla başa çatıb. Bu barədə Milli Birlik Hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb. Münaqişə zamanı 6 nəfər yaralanıb, Liviya Prezident Şurası yanında Sabitliyin Təminatı Departamentinin (təhlükəsizlik xidməti) rəhbəri Abdelqani əl-Kikli həlak olub. Atışma baş verən ərazilərdə elektrik enerjisi kəsilib.

TASS-ın məlumatına görə, şəhərin cənubunda toqquşmalardan uzaqda yerləşən Rusiya səfirliyinə ziyan dəyməyib. “Diplomatik missiya təhlükəsizdir”, missiyadakı mənbə təsdiqləyib.

Liviyanın paytaxtında şiddətli toqquşmalar mayın 12-i axşam saatlarında başlayıb. Daxili İşlər Nazirliyi bildirir ki, şəhərdə Misrata briqadasının dəstəklədiyi 44-cü döyüş briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında toqquşmalar baş verib. Liviyanın paytaxtı Tripolidə yerləşən Mitiqa Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb, planlı reyslər Misurata şəhərinin hava limanına istiqamətləndirilib.

Bundan əvvəl Tripoli həkimləri şəhərdə baş verən qarşıdurmalarla əlaqədar təcili vəziyyətə hazırlaşmışdılar.

Əziz Mustafa, Oxuməni.az