Rusiya MH17 reysini vurmaqda təqsirli bilinib

Rusiya MH17 reysini vurmaqda təqsirli bilinib

13 May 11:22
Bəyəndim (6) Bəyənmədim (0)

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası Rusiyanı MH17 reysini vurmaqda təqsirli bilib. Dəymiş ziyanın ödənilməsi məsələsinə baxılması planlaşdırılır. Bu barədə Hollandiya hökumətinin mətbuat xidməti xəbər verir.

Hökumətin qeyd etdiyi kimi, ICAO Şurasının qərarında da Rusiyanın Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını pozduğu, çünki onun silahlarını sərnişin təyyarəsinə qarşı qeyri-qanuni istifadə etdiyi qeyd edilib. Beləliklə, ICAO Şurası 2022-ci ildə Rusiyaya qarşı MH17 reysinin vurulması ilə bağlı iş qaldıran Hollandiya və Avstraliyanın haqlı olduğunu təsdiqləyib.

Yaxın həftələrdə ICAO Şurası zərərin necə ödənilməsi məsələsinə baxacaq. Hollandiya və Avstraliya artıq Şuradan xahiş edirlər ki, Rusiya Federasiyasına bu məsələ ilə bağlı onlarla danışıqlara başlamaq və bu prosesə nəzarət etmək öhdəliyi götürsün.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp İCAO Şurasının bu qərarından razı qaldığını vurğulayıb. Bu, ilk növbədə təyyarə qəzasında həlak olanların yaxınları üçün vacibdir.

"Qərar onları kədər və iztirablarından əsirgə bilməz, lakin bu, MH17 reysinin bütün qurbanları və onların yaxınları üçün həqiqətin, ədalətin və məsuliyyətin bərqərar olması istiqamətində mühüm addımdır. Bundan əlavə, bu qərar beynəlxalq ictimaiyyətə açıq siqnaldır ki, dövlətlər beynəlxalq hüququ cəzasızlıqla poza bilməzlər", - o əlavə edib.

Əziz Mustafa, Oxuməni.az