Zelenski və Ərdoğan Türkiyədə Putinlə potensial görüşü müzakirə ediblər

Zelenski və Ərdoğan Türkiyədə Putinlə potensial görüşü müzakirə ediblər

08:26
Bəyəndim (5) Bəyənmədim (0)

Prezident Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb. Onlar Ukrayna və Rusiya arasında gələcək danışıqları müzakirə ediblər.

Bu barədə Zelenskinin Telegram və Habertürk nəşrində verdiyi açıqlamada məlumat yayılıb.

Zelenskinin sözlərinə görə, onlar Ərdoğanla Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək görüşün əsas detallarını müzakirə ediblər. O, diplomatiyanın inkişafı üçün ən yüksək səviyyədə dəstəyə və istəyinə görə minnətdarlığını bildirib. Zelenski qeyd edib ki, hazırda atəşkəs zərurəti vacibdir. Tərəfdaşların atəşkəs rejiminə nəzarəti təmin etməsi də lazımdır.

"Biz Putinlə birbaşa danışıqlara hazırıq. Bu, uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün hamımızın Avropada birgə çalışmağımız çox vacibdir. Amerika ilə daimi təmasda olacağıq. Prezident Ərdoğanla sülh naminə gələcək birgə iş haqqında razılığa gəldik", - Zelenski bildirib.

Türkiyə prezidenti müharibənin sona çatması üçün səyləri dəstəklədiyini bildirib.

"Türkiyə vasitəçiliyi tələb olunan ölkəyə çevrilib. İndiki mərhələdə Rusiya-Ukrayna-Amerika və Avropa danışıqlar aparmağa razıdır", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə bütün tərəflərin etimadını qazanan yeganə ölkədir.

Əziz Mustafa, Oxuməni.az