Polşa Rusiyanın Krakovdakı baş konsulluğunu bağlayacaq

Polşa Rusiyanın Krakovdakı baş konsulluğunu bağlayacaq

12 May 16:00
Bəyəndim (2) Bəyənmədim (0)

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın baş konsulluğunun Krakovda fəaliyyət göstərməsi üçün verilən icazənin ləğvi barədə qərar verib. O, bu qərarını X-ə elan edib.
Nazir bu addımını 2024-cü ilin mayında yanğının baş verdiyi Marıvilskaya küçəsindəki ticarət mərkəzinə qarşı guya “Rusiya xüsusi xidmət orqanlarının cinayət təxribat aktı törətdiyi”nə dair sübutların olması ilə izah edib.

Bundan əvvəl 2024-cü ilin oktyabrında Sikorski Vroslavda yandırma cəhdlərinin təşkili ilə əlaqədar Rusiyanın Poznandakı Baş Konsulluğunun bağlandığını elan etdi. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqdakı konsulluğunu bağlayıb.
2024-cü il mayın 11-dən 12-nə keçən gecə Varşavanın şimalındakı Maryvilska küçəsində yerləşən ticarət mərkəzində güclü yanğın baş verib. Yanğının söndürülməsində 50-dən çox yanğınsöndürmə briqadası iştirak edib. Bundan sonra bir sıra Polşa siyasətçiləri, o cümlədən respublika prezidenti Anjey Duda və baş nazir Donald Tusk dərhal yanğında "Rusiyanın əli" olduğunu bəyan ediblər.

Əziz Mustafa, Oxuməni.az