Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır

11:07
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya hakimiyyəti bundan əvvəl atəşi dayandırmaqdan imtina etsə belə, Rusiya ilə danışıqların mayın 15-də keçirilə biləcəyi Türkiyəyə gedəcək.Bu barədə “Axios” Ukrayna rəsmisinə istinadən xəbər verir.
Zelenski daha əvvəl mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu, həmçinin Rusiyanın mayın 12-dən etibarən “tam və davamlı” atəşkəslə razılaşacağını gözlədiyini bildirib.
Zelenski mayın 11-də axşam yayımladığı videomüraciətdə deyib: “Ukraynada bizim danışıqlar aparmaqda heç bir problemimiz yoxdur – biz istənilən formata hazırıq. "Biz müharibəni bitirmək üçün danışmağa hazırıq. Cümə axşamı, Türkiyə", - Zelenski bildirib.
Mayın 8-də ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynadan “30 günlük qeyd-şərtsiz atəşkəs” tələb edib. Ukrayna hakimiyyəti mayın 10-da elan edib ki, onlar mayın 12-dən etibarən quruda, havada və dənizdə “ən azı 30 gün” atəşi dayandırmağa hazırdırlar. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin mayın 15-dən etibarən İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ilkin şərt olmadan bərpa olunmasını təklif edib.

Almaz Həsənli