Aİ və Böyük Britaniya bu həftə müdafiə paktını müzakirə edəcəklər

Aİ və Böyük Britaniya bu həftə müdafiə paktını müzakirə edəcəklər

12 May 14:12
Bəyəndim (8) Bəyənmədim (0)


Britaniya və Aİ bu həftə müdafiə və təhlükəsizlik paktını müzakirə edərək onun əsas prinsiplərini açıqlayacaqlar. Bu saziş Britaniyanın Aİ-dən çıxdıqdan sonra alyansla ən yaxın münasibətlərinə nail olmasını təmin edəcək. Bu barədə “The Times” qəzeti yazır.

Qəzetin yazdığına görə, paktda Rusiyanın Ukrayna ilə münaqişəsi, eləcə də Rusiyanın Qərbdə apardığı “casusluq və təxribat kampaniyası” səbəbindən Aİ və Britaniyanın “bir nəsildə ən böyük təhlükə” ilə üzləşdiyi bildirilir.

Yeni pakt həm də NATO əməliyyatlarında hərbi əməkdaşlığı gücləndirir və Birləşmiş Ştatların bu cür təşəbbüslərə mane olacağı təqdirdə birgə fəaliyyət mexanizmini təmin edir. Müqavilə tərəfləri Britaniyanın xarici işlər naziri David Lammy və Aİ-nin ali nümayəndəsi Kaja Kallasın iştirakı ilə hər altı aydan bir ümumi maraqlar üzrə “strateji məsləhətləşmələr” keçirməyi öhdəsinə götürür.

Bununla belə, saziş Britaniya müdafiə şirkətlərinə Aİ-nin 150 milyard avroluq yeni silahlanma fonduna avtomatik giriş imkanı vermir. Əvəzində giriş ayrı-ayrı danışıqlara və şərtlərə, o cümlədən Britaniyanın maliyyə töhfəsinə tabe olacaq, The Times əlavə edib.

Əziz Mustafa, Oxuməni.az