
Estoniyada Tallinni iəğal edən sovet ordusuna qoyulan abidə murdarlanıb
Tallinn Hərbi Qəbiristanlığında Tunc Əsgər kimi tanınan və Estoniyanı işğal edən qaniçən sovet ordusuna qoyulan abidəni murdarlayıblar.
Bununla bağlı Postimees qəzeti xəbər verir ki, ötən abidə ağ boya və təhqiramiz yazılarla ləkələnib.
Şimal prefekturasının əməliyyat bürosunun rəhbəri Vaiko Vaher deyib: "Biz qeyri-qanuni işi araşdırırıq. Hazırda əlimizdə olan məlumata görə, iki şübhəli var, onların şəxsiyyəti hələ müəyyən edilməyib. Patrul dünən ərazini darayıb, lakin qanunu pozanları tapa bilməyib".
Polis qəbiristanlığın meneceri, abidənin təmizlənməsini təşkil edən Estoniya Müharibə Muzeyi ilə əlaqə saxlayır.
Vaçerin sözlərinə görə, Tunc Əsgər son illərdə dəfələrlə təhqir aktlarına məruz qalıb.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər