Donald Trampın Səudiyyə Ərəbistanına səfəri İsrailin maraqlarına zərbə vura bilər

Donald Trampın Səudiyyə Ərəbistanına səfəri İsrailin maraqlarına zərbə vura bilər

07:47
Bəyəndim (7) Bəyənmədim (0)

Donald Tramp mayın 13-də ABŞ prezidenti kimi ikinci müddətinin xarici ölkələrə debüt turuna başlayır. Amerika liderinin ilk gedəcəyi yer Səudiyyə Ərəbistanı olacaq. İsraildə bu səfərə hazırlıqlara təşvişlə yanaşılır: KİV xəbər verir ki, səfər zamanı Donald Tramp Fələstin dövlətini tanıdığını elan edə bilər. ABŞ prezidentinə yaxın olanlar deyirlər ki, Tramp Vaşinqtonun lütfündən sui-istifadə edən İsrailin baş naziri Benyamin Netanyahuya o qədər də rəğbət bəsləmir.

Donald Tramp xaricə səfərinə ABŞ-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitinin keçiriləcəyi Səudiyyə Ərəbistanından başlayacaq. ABŞ-ın 47-ci prezidenti daha sonra BƏƏ və Qətərə səfər etməyi planlaşdırır. Cənab Trampın cədvəlinə digər Yaxın Şərq ölkələrinə, o cümlədən İsrailə səfərləri daxil edilməyib.

ABŞ prezidentinin səfərinin demək olar ki, tamamilə Vaşinqton və Ərəbistan paytaxtları arasında investisiya sazişlərinin bağlanmasına, eləcə də ABŞ-ın yeni gömrük siyasəti çərçivəsində ticarət məsələlərinə həsr olunacağı gözlənilir.

Əziz Mustafa, Oxuməni.az